• 32 c Bakı
  • 1.7 AZN

Azərbaycanda nağdsız ödənişlərin həcmi kəskin artıb


  • 30-07-2020 03:19

Azərbaycanda bank kartları ilə bu ilin yanvar-iyun ayları ərzində 2 748 mln. manat həcmində nağdsız ödəniş həyata keçirilib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, ölkə daxilində nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 41,7% artıb.

Məlumata əsasən, nağdsız ödənişlərin 1 681 mln. manatı elektron ticarət əməliyyatlarının payına düşüb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 36,8% artımı özündə əks etdirir. Bildirək ki, ölkədə POS-terminallar vasitəsilə ödənişlərin həcmi isə illik 55% artaraq bu ilin ilk altı ayı ərzində 951 mln. manat olub.

Məqalələr