• 32 c Bakı
  • 1.7 AZN

Azərbaycanın bölgələrində daşınmaz əmlakın sığortası niyə icbari ola bilmir?


  • 30-07-2020 03:13

Azərbaycanda daşınmaz əmlakın icbari sığortasına maraq artıb. Bunu Azərbaycan Mərkəzi Bankının açıqladığı sığorta statistikasına əsasən demək olar. 

Belə ki, bu ilin I yarısında sözügedən sığorta növü üzrə 24,9 milyon manat sığorta haqqı toplanılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 40% çoxdur. 

Bununla belə, müşahidələr göstərir ki, ölkədə daşınmaz əmlakın icbari sığortası heç də kütləvi hal almayıb. Vətəndaşlar əksər hallarda daşınmaz əmlaklarını (mənzillərini) sığorta etdirməkdən yayınır. Bu baxımdan ölkənin regionlarında vəziyyət lap pisdir. Bakıdan kənarda yaşayanların çoxu daşınmaz əmlakın icbari sığortası barədə məlumatlı deyil və bu növ sığortaya pul verməyə həvəs göstərmir. 

Mövcud vəziyyətin səbəbləri ilə maraqlandıq. 

Sığorta sahəsi üzrə mütəxəssis Xəyal Məmmədxanlı deyir ki, Azərbaycanın əksər kənd yerlərində daşınmaz əmlaklar arasında sığortalanmış olanların xüsusi çəkisi 3-5%-i keçmir: "Məsələn, Naxçıvanda demək olar ki, sığortasız ev qalmayıb. Orda əmlak sığortası ilə bağlı çox yaxşı təcrübə var. Amma Bakı və digər bölgələrdə icbari sığortanın əhalini əhatə etmək faizi olduqca aşağıdır. Baxmayaraq ki, icbari sığorta müqaviləsi bağlamamağa görə cərimə də nəzərdə tutulub, amma cərimənin tətbiqetmə mexanizminin olmaması, müqavilənin elektronlaşmaması, elektron bazada buna nəzarət imkanlarının məhdud olması və digər səbəblərdən bu istiqamətdə cərimələr tətbiq edilmir. İcbari sığortadan xəbəri olan əhali belə cərimə olmadığından əmlaklarını sığortalamaq istəmirlər. Əhalinin böyük qisminin isə bu sığorta növündən xəbəri yoxdur. Yalnız bəzi notarial hərəkətlər edənlər bu sığorta növünə üz tuturlar. Ötən ilin sonlarında icbari sığorta müqaviləsi bağlamayanları cərimələməklə bağlı ölkədə ajiotaj yaranmışdı. Həmin ərəfədə xeyli əmlak sığortaya cəlb olundu. Amma cərimənin tətbiq olunması mümkün deyildi. Çünki bizdə belə bir mexanizm yoxdur. Müvafiq qurumlar da bu barədə açıqlama verəndən sonra əhali yenidən arxayınlaşdı və müqavilələrin sayı yenidən kəskin azaldı. Bu gün bütöv bir kənddə əhalinin maksimum 3-5%-inin sığortası olar. Bu, bir qədər də həmin bölgənin sığorta mədəniyyətindən, o bölgədə sığorta şirkətlərinin aktivliyindən asılıdır. Elə bölgələr var ki, onlarda sığortalanma faizi yüksəkdir. Bəzilərində isə insanların ümumyyətlə, sığortadan xəbərləri yoxdur”.

Məqalələr

-->