- Bank
- 30-07-2020 03:19
Bu ilin yanvar-may aylarında Naxçıvan MR-da orta aylıq əməkhaqqının məbləği 520 manat təşkil edib.
Dövlət Statistika Komitəsinə istinadən xəbər veririk ki, bu, 2019-cu ilin müvafiq dövründəki göstəricidən 18,2% çoxdur.
Naxçıvanda orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksək olub.